Fil balası

Cozef Redyard Kiplinq Hindistanda, Bombey Gözəl Sənətlər məktəbinin rektoru Con Lokvud Kiplinqin ailəsində doğulmuşdu. Valideynlərinin hər ikisi yaradıcı peşə sahibləri idilər. Atası heykəltəraş və tətbiqi sənət mütəхəssisi kimi tanınırdı. Anası isə yerli jurnallarda etnoqrafik yazılar və hekayələr çap etdirirdi.

Mark Tven

Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykən Mississippi Çayı boylarındakı Hannibala şəhərinə daşındı. İrəlidə yaradacağı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənərək yazılmışdı. Biznesmenlik və vəkillik edən atasını on bir yaşında ikən sətəlcəmdən itirincə məktəbini buraxıb köməkci olaraq bir mətbəədə işə başladı. 1851-ci ildə böyük qardaşı Orionun sahibi olduğu yerli qəzetdə yazarlıq etməyə başladı; yazılara da kömək edir və yumorlu məqalələr yazırdı

Sehrli nağıl

Ç.Dikkens elə bir yazıçıydı ki, onun zövqü xalqın zövqüylə üst-üstə düşürdü. Ç.Dikkens xalqın istədiyini yazmırdı; o, xalqın istədiyini istəyirdi, – zövqü və istəyi xalqın zövqü və istəyiylə eyniydi deyə yazdıqları da xalqın ürəyindən xəbər verir, zövqünü oxşayırdı, ona görə də sevilirdi.

Məmurun ölümü

Bir gün axşam ekzekutor* İvan Dmitriç Çervyakov ikinci sıra kresloda oturub durbin ilə “Kornevil zəngləri” operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən… hekayələrdə lakin birdən sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar: həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi kəsildi…

Qüssə

Axşam toran qovuşmuşdu. İri, sulu qar dənələri yeni yanmış fənərlər ətrafında tənbəl-tənbəl fırlanaraq, nazik və yumşaq laylarla damların üstünə, atların belinə, adamların çiyinlərinə və papaqlarına tökülür. Faytonçu İona Potapov başdan-ayağa xəyal kimi ağappaqdır. O, canlı adamın əyilə biləcəyi qədər belini əyərək, qozlada oturmuş və tərpənmir. Böyük bir qar qalağı üstünə düşsə belə, yəqin ki, onu öz üzərindən çırpmağı lazım bilməz. Onun atcığazı da ağ və hərəkətsizdir. Öz hərəkətsizliyi, biçimsizliyi və ağac kimi dümdüz ayaqları ilə bu at hətta yaxından baxanda belə bir qəpiyə satılan qoğal atcığazlara oxşayır.