Təmiz işıqlı yer

Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıхan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Хaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəхsən görüb müşahidə etmişdi.

İncəsənətə sevgidən

İncəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan. İlkin şərt budur. Hekayəmiz bu şərtin, eyni zamanda da, onun təkzibinin nəticəsi olaraq meydana gəldi. Bu hekayə məntiq nöqteyi-nəzərindən orijinal və yeni, ədəbi üslubuna görə isə Böyük Çin səddindən azca qədim olacaq.

Doğma ruhlar

İki eyni xəstəliyin daşıyıcısı olan müxtəlıif insan həyatlarından bəhs edir.

Belə günlərdən biri

ƏDƏBİYYAT ÜZRƏ 1982-Cİ İLİN NOBEL MÜKAFATÇISI:Qabriel Qarsia MARKES - Kolumbiya yazıçısı, jurnalist, naşir və siyasi xadim. 6 mart 1927-ci ildə Kolumbiyadakı Arakataka şəhərciyində anadan olub. "Magik ədəbi cərəyan"ın ən görkəmli nümayəndəsidir.

Kəkilli Rike

Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur.