Cocuk

22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpınır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.

Dilarə

Günəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı. Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir? Gün batar-batmaz idi.

Kərpic kəsən qoca

Kərpic kəsən qoca yaşamaq üçün vicdanlı olmağın yollarını başa salır

Əhməd və Məleykə

“Qorxulu nağıllar” seriyasından olan bu nağılda köməyə ehtiyacı duyulan insanlardan və onların imdadına yetişənlərdən bəhs edilir.

Balaca qara balıq

Balaca qara balıq bir gün dəniz həsrətinə düşər. Ətrafı onu bu fikirdən çəkindirmək istəsə də Balaca qara balıq qətiyyətlidir. Səyahət isə təhlükəli...