Stiven Edvin Kinq

Stiven Edvin Kinq (ingiliscə Stephen Edwin King) 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində dünyaya göz açıb. Ailənin ikinci övladı idi. Atasının əsl soyadı Spənski olmuşdur amma o, soyadını daha yaxşı səslənən Kinqə dəyişdirmişdi. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olmuşdur. Belə ki, Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan uşaq dünyaya gətirə bilməməsini bildirirdi. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda onun atası ailəni tərk edərək bir daha geri qayıtmamışdır. Uşaqları tənha böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörəkçixanada çalışırdı. Stivenin uşaqlıq illəri İndiana ştatının Fort Ueyn şəhərində (orada onun ata tərəfdən baba-nənəsi yaşayırdılar), Konnektikut ştatının Stratford şəhərində (orada Lois xalası yaşayırdı), Massaçusets ştatının Molden şəhərində və Men ştatının Paunal şəhərində (orada onun xalaları yaşayırdılar) keçmişdir.