Siçan və pişik

Biri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik. Günlərin bir günü həmin bu siçan yuvasından boylanıb pişiyə dedi: - Gəlsənə qardaş olaq? Pişik etiraz elədi: - Yox, səndən mənə qardaş olmaz. Siçan soruşdu: - Niyə? Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan.