Azərbaycan Respublikasının Konstitusiyası - III HİSSƏ

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qanunçuluq ideya və dəyərlər kimi Konstitusiya ilə təsbit edildi. Dövlətin qüdrəti, beynəlxalq nüfuzu həm də onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Konstitusiya vətəndaşlıq sistemi olmaq etibarilə dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyir, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını əks etdirir. Məhz buna görə ən ali qanundur.Konstitusiya ona görə "Əsas Qanun" adlandırılır ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizamlamağa şərait yaradır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısıdır. Dövlətin statusunu, fəaliyyət konsepsiyasını, nəzərdə tutulan prioritetlərini əks etdirir. Şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil, bəşəri qaydalarını müəyyən edir.