Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Ədəbiyyat fənni üzrə dərslik
SON HEKAYƏLƏR
Hatəm və qoyun dərisinə girmiş qurd
Biri var idi, biri yox idi, Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu var idi. Bütün ili hər gün toyuq bir yumurta, keçi də bir sərnic süd verirdi. Bu südlə yumurta ana-balanı el-elə, baş-başa dolandırırdı. Hatəm toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə san fətir yedirirdi. Keçi hər il dörd dişi bala doğurdu. Amma onun balaları böyüyüb ərsəyə çatan kimi qurd oğurlayıb yeyirdi. Yazıq keçi həmişə gözünün yaşını axıdıb bala üzünə həsrət qalırdı. Hatəm nə qədər çalışırdısa da qurdu tapa bilmirdi.
Balaca Şahzadə
Dünyanın ən çox satılan və oxunan kitablarından biri olan “Balaca şahzadə” romanı uzaq bir planetdən gələn kiçik şahzadənin gözü ilə böyüklərin dünyasına baxır. İnsanların hamısı nə zamansa uşaq olublar, lakin indi onların heç biri o günləri xatırlamır. Balaca şahzadə isə oxucuları, bəşəriyyəti II Dünya Müharibəsinin baş verdiyi illərdə uşaqlıq dünyasına aparır. Ona görə də bu roman uşaqlar üçün olduğu qədər həm də böyüklər də üçündür.
Sonuncu dərs
Həmin səhər dərsə gecikdiyim üçün danlanacağımdan qorxurdum, üstəlik müsyö Amel bizə feili-sifəti öyrənməyi tapşırmışdı, mənsə heç nə bilmirdim. Birdən ağlıma gəldi ki, dərsi buraxım, gedim dağda-dərədə veyillənim. Hava da elə isti, elə gözəliydi ki... Meşənin kənarından qaratoyuq nəğməsinin, taxta sexinin arxasındakı Rippersk çəmənliyindən isə təlim keçən almanların səsləri gəlirdi. Bu məni feili-sifətdən daha çox cəlb edirdi, amma şeytana uymayıb dərsə tələsdim. Bələdiyyə binasının yanından keçəndə elanlar lövhəsinin qarşısında toplaşan camaatı gördüm. Son iki ildə müharibədəki məğlubiyyətlər, rekvizisiya, komendantın əmrləri kimi xoşagəlməz xəbərləri biz oradan alırdıq. Addımlarımı yavaşıtmadan düşündüm: "Görəsən, yenə nə baş verib?"
Ərim nə etsə xoşdur
Kənddə bir vaxtlar çox mehriban bir qoca ər-arvad yaşayırdı. Onların çox mal-dövləti yox idi, amma bir-birlərini ürəkdən sevirdilər. Evdə yalnız bir inəkləri vardı — o da onların var-dövlətinin hamısı idi. Bir gün qoca dedi: — Bizim inəyimiz çox süd verir, amma artıq süd bizə artıqlıq edir. Gərək onu bazara aparım, satım, əvəzində nəsə faydalı bir şey alım. Arvadı gülümsəyib dedi: — Elə et, ərim, sən nə etsən, xoşdur!
Xəbərlər
27 iyun Təqdimatı barəsində publika.az saytında yazılmış xəbər.
Tədbiri işıqlandırdığına görə təşəkkür edirik. https://publika.az/news/nida_xeber/283092.html
Daha ətraflısosial.gov.az
Görmə imkanları məhdud uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub
27.06.2019 15:36
Kitabları ölkəmizin görkəmli şəxsləri səsləndirdilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı sosial xidmət sahəsində dövlət sifarişi ilə “Ailə” Sosial...
Daha ətraflı