SON HEKAYƏLƏR

İlan və qurbağa

Günlərin bir günündə Bir zalım İlan Bir Qurbağa tutmuşdu Göl qırağından. Qışqırırdı Qurbağa, Hey dad edirdi.

Roza xalanın xəzinəsi

Pol Terunun "Roza xalanın xəzinəsi" hekayəsi maddi dəyərlərlə mənəvi boşluqlar arasındakı təzadı, ailədaxili gizli maraqları və insanın xəsislik ehtirasını təsvir edir. Süjet xətti yaşlı və tənhalığa tərk edilmiş Roza xalanın guya sahib olduğu böyük bir xəzinənin ətrafında qohumlarının topladığı saxta sevgi və maraq oyunları üzərində qurulub. Müəllif insanların var-dövlət naminə necə maskalandığını, xəzinə axtarışının gətirdiyi rəzaləti və insanın gözünü kor edən tamahkarlığı ustalıqla işıqlandırır.

Getmək istəyirsən

Şair, publisist Nüsrət Kəsəmənli Respublika Komsomolu mükafatı laureatı (1982). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru (1985) vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında İdarə Heyətinin üzvü, poeziya şurasının sədri seçilib. “Sevirsənsə”, “Gözlərimin qarası”, “Özümə bənzədiyim günlər”, “Gümüş yuxular”, “Təklikdə danışaq” adlı şeir kitablarının müəllifidir. Ssenariləri əsasında “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizə”, “Ənbizlərin keşiyində”, “Azərbaycana səyahət” adlı sənədli, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmləri çəkilib.

Xatiratım

“Xatiratım” memuarının dili və üslubu da “Danabaş kəndinin əhvalatları”nın təhkiyəsi ilə eynidir. Bu əsər qiymətli memuar ədəbiyyat nümunəsi olmaqdan başqa, həm də cəlbedici, düşündürücü, ibrətamiz, oxunaqlı orijinal bir nəsr əsəri təəssüratı yaradır. Heç tərəddüd etmədən “Xatiratım” memuarını Azərbaycan sənədli nəsrinin ən mükəmməl nümunələrindən biri kimi qəbul etmək olar.

Giriş

Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün «Ədəbiyyat» fənni üzrə dərslik

Xəbərlər

sosial.gov.az

Görmə imkanları məhdud uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub

27.06.2019 15:36

Daha ətraflı