Nəzarət şürasına təbrik sözü

Peter Handke — avstriyalı Nobel mükafatı laureatı, dramaturq, tərcüməçi, şair, kino rejissoru və ssenaristdir. 2019-cu ildə Handke "linqvistik fərasəti ilə insan təcrübəsinin periferiyasını və spesifikliyini ortaya çıxardan təsirli əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1960-cı illərin sonlarında Publikumsbeschimpfung (Tamaşaçılara narahatlıq ) pyesi və Die Angst des Tormanns beim Elfmeter romanı (Qapıçının penaltı narahatçılığı) kimi əsərlərinə görə tanındı. Anasının 1971-ci ildəki intiharından təsirlənərək onu Wunschloses Unglück (Biganə kədər) adlı əsərində canlandırdı.