Biri vardı, biri yoxdu, bir kənddə qoca yaşayardı. Bu qocanın bir bağı və bir evi vardı. Bu bağda gavalı ağacları, evdə isə oğlu böyüyürdü. Oğlanın iyirmi yaşı tamam olan kimi o evlənmək istədi. Evlənmək üçün atasından izn istədi, atası isə dedi: - Evlənmək yaxşı işdir. Amma tələsmə, özünə yaxşı bir qız seç.
Dəvə niyə su içəndə ətrafa baxır
Bir vaxtlar bir dəvə yaşayırdı. Çox gözəl və əzəmətli buynuzları var idi. Tək buynuzlar deyil! Çox gözəl və qalın quyruğu da var idi. O zamanlar maralın buynuzu, atın isə quyruğu yox idi. Daha doğrusu maral keçəl idi, atın isə quyruğu çirkin və nazik bir ipə bənzəyirdi.
Pələngin dərisi niyə zolaqlıdır?
Heyvanlar əvvəllər indiki kimi olmayıblar. Qədimlərdə qarğa günlü havada səma boyu süzən buludlar kimi ağappaq idi. Pələngin dərisində isə bir dənə də olsun zolaq yox idi. Pələng qızılı dərisi ilə çox fəxr edirdi, çünki qızılı rəng onun birbaşa şah nəslindən olduğunu göstərirdi. Təkcə insanın müdrikliyi haqqındakı söz-söhbət pələngin qanını qaraldırdı.
Danışan ağac
Günlərin bir günü bir yolçu dincəlmək üçün böyük bir ağacın yanına yaxınlaşdı. O, ağacın kölgəsi altında uzandı və qısa zamanda dərin yuxuya getdi. Bir müddət sonra yolçu oyanıb yoluna davam etmək istədikdə pul kisəsinin yoxa çıxdığını gördü. Bu ağacın yaxınlığında isə bir kənd var idi. Nə edəcəyini bilməyən yolçu özünü yerə vura-vura ah-vah eləməyə, bərkdən qışqırmağa başladı. Onun səsini eşidən kənd camaatı toplaşdı və:
Cəsur qoyun
Bir gün qoyunla keçi meşəyə otlamağa getdilər. Gəzdilər-gəzdilər və sonda azdılar. Meşənin qalınlığında gördülər ki, canavarlar od qalayıb yemək bişirir.