Biri varımış, biri yoxumuş, bir padşah varımış. Bu padşahın üç oğlu varmış. Lap kiçiyinin adı Bəhrəm idi. Qəzayi-rəbbani bir gün padşahın gözləri tutuldu. Nə qədər həkim gəldisə, çarə tapılmadı. Axırda padşah böyük münəccimlərini çağırıb taleyinə baxdırdı. Qoca münəccimlərdən birisi dedi: – Padşahım sağ olsun, gözlərinizin çarəsi tapılar, ancaq müşküllüknən. Lap uzaq vilayətdə ağ çeşmə adında bir bulaq var. O bulağın daşından gətirib gözlərinə sürtsən, yaxşı olar. Padşah oğlanlarını çağırıb əhvalatı onlara bildirdi. Oğlanlarının üçü də həmin daşın dalınca getdilər. Bir neçə mənzil yol getdikdən sonra qabaqlarına üç yol rast gəldi. Bu yolların birisinin üstündə yazılmışdı: “Axtaran tapar”. İkincisində yazılmışdı: “Get, ağıllı ol, gəl”, üçüncüsündə yazılmışdı: “Gedən gəlməz”. Qardaşlar çox fikir elədilər ki, bu yolun hansıynan getsinlər. Böyük qardaş axtaran-tapar yoluynan getdi. Ortancıl qardaş get, ağıllı ol, gəl yoluynan getdi. Kiçik qardaş Bəhrəm də gedər-gəlməz yoluynan getdi.
Keçəl ilə tacir
Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişinin gözünün ağı-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar. Bir gün keçəlin atası səhər tezdən işə getmişdi. Novruz qabağı idi, havalar da qızmışdı. Keçəl əvdən bayra çıxıb görgi ki, uşaqlar ələlvan geyinib oynayırlar. Keçəl bulara qoşuldu, amma uşaqlar qoymayıb, bir ağızdan dedilər: Keçəl-keçəl daz eylər, Yuvada pərvaz eylər. Minər qamış altına, Sağsağana göz eylər. Keçəlin acığı dutub evə gəldi, gördü ki, anası evdə təkdi.
Nar qızı
Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlı varimiş. Bu oğlan bir gecə yuxuda Nar qızına aşiq olur. Sübh olanda vəzirin çağırub yuxusunu söyləyüb buna deyir ki, gərək gedib Nar qızını mana alasan. Vəzir ərz edir ki, başqa hər nə əmrin varsa yerinə yetirim. Amma onı gətirmək mənim üçün mümkün deyil, çünkü o devlərin içindədir. Padişahın oğlu cavab verir ki, hökman gərək gedəsən! Yoxsa boynuvi vuraram. Vəzirin əlacı kəsilib qəbul edir. Şahzadə buna xeyli pul verüb yola salır. Vəzir də gedəndə bazardan bir xeyli qır-saqqız alır. Bir müddət yol gedəndən sora gəlüb bir evə çıxır. İçəri girəndə baxıb görür ki, burada bir qarı oturmuş ki, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı bunu görəndə səvinib deyir: “ Qadan alım gəl, yaxşı gəldin, altı ay olur ki, adam əti yiməmişəm.
Zərnigar
Biri var, biri yoxmuş. Səmərqənddə bir padşah varmış. Onun adına Şəmil deyərdilər. Sonu, züryəti bircə qızı vardı. Bunun adı Zərnigardı. Bu bir molla tutmuşdu ki, bir ayrı otaqda bu qıza dərs deyə. Bu molla həmişə qabaqca bu qıza gəlib dərs deyirdi. Sonra gedib başqa uşaqlara dərs deyirdi. Bir gün oturub ərli arvadlı xörək yeyirdilər. Bu arvad ərinə dedi ki: – Əşi bizim də bir soymuz yoxdu, gəl gedək Məkkəyə ziyarət eliyək. Bir adımızı iki eliyək. Bu Şəmil arvadının sözün qəbul elədi. Dedi: – Nolar, yaxşı olar. Səmil vəziri çağırdı. Dedi: – Vəzir, mənim pərdeyi-ismətdə bir qızım var. Onun sənə bir ehtiyaclığı yoxdur, yeməyi yanında, içməyi yanında. Otur yerimdə padşahlıq elə, ölərəm padşah, gələrəm də yenə vəzirsən. Mən gedirəm Məkkəyə, o qızı sənə tapşırıram, səni də Allaha.
Yeddi qardaşlar
Biri var idi, biri yox idi. Bir ayı, günü keçmiş kişi var idi. Bir arvadı var idi. Bunların yeddi oğlanları var idi. Amma heç qız uşaqları yox idi. Yeddi qardaşlar bir bacıları olmadığından çox qəmgin idilər. Bir gün yeddi qardaşlar analarına dedilər: – Ay analı, bacı çox istiqanlı olur, deyirlər. Hayıf ki, bizim bircə bacımız yoxdur. İndi ki bacımız yoxdur, biz gedirik uzaqdakı Ballı dağa ovçuluğa. O vaxta kimi gəlmiyəcəyik ki, sənin uşağın olsun. Ay ana, havaxt oğlun olsa qapıya ox as, ondan da o yana gedək, daha gəlməyək. Ha vaxt qızın olsa, qapıya ələk as. Gələk evə.