Belə deyirlər ki, bir xanın Qəhrəman adında bir nökəri varıdı. Qəhrəman olduqca zirək, qüvvətli bir oğlandı. Xan da Qəhrəmanın xətrini çox istəyirdi. Xanın həyətində iki böyük dəyirman daşı varıdı. Xan çıxıb nökərlərinə tapşırdı ki, bu dəyirman daşlarını həyətdən götürsünlər atsınlar bir tərəfə. Nökərlər yapışıb dəyirman daşına nə qədər güc elədilər yerindən tərpədə bilmədilər. Xan yuxarıdan öz qızı Pəri xanımnan baxırdı. Bu vaxt Qəhrəman özünü yetirdi, gördü ki, qırx adam iki dəyirman daşını yerindən tərpədə bilmir. Qəhrəman nökərləri itələyib, bir təkan vurub, bayaqdan daşı götürüb atdı. Xan bu şücaəti Qəhrəmanda görüb sevindi. Tez əmr verdi ki, Tus pəhləvanının paltarı Qəhrəmana verilsin. Amma Qəhrəman paltarı almadı. Çünki könlündən pəhləvanlıq keçmirdi. Atası ona tapşırmışdı ki, nəbadə könlündən mənsəb iddiası keçə. Qəhrəman atasının vəsiyyətini yadında saxlamışdı. Odu ki, xana nökər oldu, amma pəhləvan olmadı. Bunlar burda qalsın. Xəbəri sənə kimdən verim, xanın qızı Pəri xanımdan. Pəri xanım Qəhrəmanın sorağında idi ki, görə, amma o heç rastına gəlmirdi.
İnsanlar necə od əldə etdilər
Nağıl qədim zamanlarda, insanların oddan tamamilə xəbərsiz olduğu bir dövrdə başlayır. Baş qəhrəmanlar (ilk insanlar) soyuq mağaralarda yaşayır, qaranlıqdan qorxur və ovladıqları heyvanların ətini, eləcə də yığdıqları meyvələri çiy şəkildə yeyirlər. Bu çətin həyat tərzi onları həm xəstəliklərə, həm də vəhşi heyvanların hücumlarına qarşı müdafiəsiz qoyur.
Qırx Qönçə xanım
Dedim getmə, qal, Sən ol abdal. Mən olum diləfkar. Dilimdən nə dedim yarə, Eşq odunu bəyan eylə. Ya məni öldür, qan elə, Ya seyrağıbı gözdən sal. Bəli, biri varımış, biri yoxumuş, Allahdan başqa heç kəs yoxumuş. Bir padşah varımış. Bu padşahın dövləti-malı, cah-calalı başdan aşmışdı, amma övlad üzünə həsrət qalmışdı. Bu padşah çox arvad alır, heç birindən övladı olmurdu. Münəccimlər bunun taleyinə baxıb deyirlər ki, gərək bir naxırçı qızı alasan, ondan övladın olsun. Padşah münəccimlərin sözündən çıxmayıb, fağır bir naxırçı qızı alır. Padşahdan bu arvadın boynuna uşaq düşür. Bəli doqquz ay, doqquz gün, doqquz gecə doqquz saat, doqquz saniyə keçəndən sonra arvad naxoşlayır.
Nuşapəri xanımın nağılı
Qəndəhar taxtında oturan qəddar padşah xalqın qanını sorur. Onun yeganə zəif nöqtəsi – ağlı və gözəlliyi ilə dillər əzbəri olan qızı Nuşapəridir. Atasının zülmünü dayandıra bilməyən Nuşapəri, çarəni böyük bir hiylədə görür. O, yatağa düşərək ölümcül xəstə olduğunu elan edir. Padşah çarəsiz qalıb dünyanın dörd bir yanına car çəkir. Nuşapəri şərtini qoyur: "Məni yalnız ağlı ilə məni mat qoyan və suallarıma cavab tapan şəxs sağalda bilər". Nuşapərinin məqsədi həm atasını zülmdən yayındırmaq, həm də taxta layiq müdrik bir rəhbər tapmaqdır.
Şah oğlu Bəhrəmin nağılı
Biri varımış, biri yoxumuş, bir padşah varımış. Bu padşahın üç oğlu varmış. Lap kiçiyinin adı Bəhrəm idi. Qəzayi-rəbbani bir gün padşahın gözləri tutuldu. Nə qədər həkim gəldisə, çarə tapılmadı. Axırda padşah böyük münəccimlərini çağırıb taleyinə baxdırdı. Qoca münəccimlərdən birisi dedi: – Padşahım sağ olsun, gözlərinizin çarəsi tapılar, ancaq müşküllüknən. Lap uzaq vilayətdə ağ çeşmə adında bir bulaq var. O bulağın daşından gətirib gözlərinə sürtsən, yaxşı olar. Padşah oğlanlarını çağırıb əhvalatı onlara bildirdi. Oğlanlarının üçü də həmin daşın dalınca getdilər. Bir neçə mənzil yol getdikdən sonra qabaqlarına üç yol rast gəldi. Bu yolların birisinin üstündə yazılmışdı: “Axtaran tapar”. İkincisində yazılmışdı: “Get, ağıllı ol, gəl”, üçüncüsündə yazılmışdı: “Gedən gəlməz”. Qardaşlar çox fikir elədilər ki, bu yolun hansıynan getsinlər. Böyük qardaş axtaran-tapar yoluynan getdi. Ortancıl qardaş get, ağıllı ol, gəl yoluynan getdi. Kiçik qardaş Bəhrəm də gedər-gəlməz yoluynan getdi.