Heç vaxt unutmayacağımız yay

Əsgər şəhadət barmağını irəli uzadıb soruşdu: – Bu, senin uşak? – Hə, - kəndli cavab verdi. – Bu da arvat? – Hə. – Men uşakları çok sevar... …Yay fəsli idi. Günəş zəmilərdə taxılı, meşələrdə küknar ağaclarını yandırıb-yaxır, Pistoyi dağlarının yamaclarına sığınmış kəndli daxmalarının çızdağını çıxardırdı… – Evda menim çoklu uşak var, – əsgər sözünə davam elədi. O, əlindəki sumbata kağızıyla öz yük avtomobilinin qara kamerini sürtüb təmizləyir, heç yana tələsənə oxşamırdı. Alnı büsbütün tər içində idi; qırx dördün yayı heç dözüləsi deyildi.