Qoşa balınc

"Qoşa balınc" - M.-nin hekayəsi. 1926 ildə qələmə alınmışdır. Bir çox son hekayələrində olduğu kimi, burada da yazıçı avtobioqrafik motivlərdən bəhrələnmişdir. Bacısı Səkinənin qızı Pakizəni "Zaqatala ünas darülmüəllimatına" qoymaq məqsədilə iki gün Zaqatalada olmuş yazıçı sonradan səfər əhvalatını özünəxas üslubda duzlu-məzəli hekayəyə çevirmişdir. İdeya-mətləbi əxlaqi qənaət əldə etməkdən ibarət olan hekayə təhkiyəçi-qəhrərmanın incə müşahidələrlə zəngin söyləmində çoxqatlı, çoxmənzərəli şəkildə təzahür tapır. Şəhərin gerçəkləri və özəl həyatı, ermənı və müsəlman xarakterləri, psixologiyası, "fərasəti" Mirzə Cəlil nəsrinə xas satirik kinayə, zərif yumor, incə psixologizm, ironiya və özünəironiya işığında təsvir olunur. "Q. b." rəmzi obrazdir və bu obraz vasitəsüə yazıçı XX əsr nəsrinin maraq dairəsinə daxil olan daha bir qata nüfuz edir, şüuraltı prosesləri izləyir.