Atilla - II HİSSƏ

Ölümündən min beş yüz ildən çox vaxt keçsə də, Attilanın adı Qərbdə hələ də olduqca məşhurdur. Bu ad təkcə Roma imperiyasının yüksəlişini və süqutunu araşdıran tarixçilərə deyil, geniş ictimaiyyətə yaxşı tanışdır. Onlar Attila və mənsub olduğu hun xalqı haqqında oxumağa, öyrənməyə böyük maraq göstərirlər. Hərçənd hər ikisinin adı əksər qərblilər üçün qanlı qırğınların, dağıntıların sinoniminə çevrilib. Əslində, Attiladan öncə də hunlar hər tərəfə lərzə salmışdılar. Bu cəsur, döyüşkən xalqdan söz düşəndə çoxlarının canına vəlvələ düşürdü. Attilanın ortaya çıxması ilə həmin qorxu daha da artdı, son həddə çatdı.