Sonuncu düym

Əsərin baş qəhrəmanı Ben işsiz qalmış, təcrübəli bir amerikalı təyyarəçidir. Həyat yoldaşı tərəfindən tərk edilən Ben daxilən qapalı, sərt və 10 yaşlı oğlu Deyvi ilə dil tapa bilməyən bir atadır. O, pul qazanmaq üçün Misirdə, Qırmızı dəniz sahilindəki kimsəsiz Akula körfəzində sualtı akulaları lentə almaq sifarişini qəbul edir və özü ilə bədbəxt, qorxmuş oğlu Deyvini də aparır.Sualtı çəkiliş zamanı Ben akulaların qəfil hücumuna məruz qalır. Akulalar onun ayaqlarını və qollarını ağır yaralayır. Qan içində, güclə sahilə çıxan Ben anlayır ki, bu kimsəsiz adada onlara kömək edəcək heç kim yoxdur: o, ya qanitirmədən öləcək, ya da 10 yaşlı oğlu təyyarəni idarə edib onları xilas etməlidir.