Gürzə

Borya nənəsi ilə görüşüb vaqona girdi. Bir əlində iri zənbil, o biri əlində içində göy rəngli şüşə banka olan parça çanta tutmuşdu. Vaqon dolu idi. Kupelərdən birində pəncərənin yanında oturmuş panamalı bir qoca Boryaya öz yanında yer verdi. Borya təşəkkür etdi, zənbilini və çantasını skamyanın altına qoyub əyləşdi.