Kiş haqqında hekayət

Bir zamanlar Buzlu okeanın sahilində Kiş adlı bir ovçu yaşayırdı. O, qəbilə başçısı idi, uzun illər firavan yaşamışdı, öləndən sonra da adı öz xalqı tərəfindən ehtiramla çəkilirdi. Kiş çox-çox əvvəllər ömür sürdüyündən onun adı yalnız qocaların yadında qalmışdı.