Bremen çalğıçıları

Çox-çox illər bundan qabaq yer üzündə bir dəyirmançı yaşayırdı. Dəyirmançının bir ulağı vardı, çox yaxşı, ağıllı, güclü ulaqdı. Ulaq dəyirmanda çox işlədi, belində un tayları daşıdı və axır ki, qocaldı. Sahibi gördü ulaq gücdən düşüb, daha işə yaramır, odur ki, onu evdən qovdu. Ulaq qorxdu, fikirləşdi ki: «İndi neyləyim, hara gedim? Qocalıb əldən düşmüşəm». Sonra öz-özünə dedi: «Gedərəm Bremen şəhərinə, orda küçə çalğıçısı olaram».