Başqasının arvadı

Abelardo Kastilyo XX əsr Argentina ədəbiyyatının əsas nümayəndələrindən biri hesab olunur. O, bir çox dillərə tərcümə olunmuş çoxsaylı romanların, hekayələrin və esselərin müəllifidir. Həmçinin “ El Escarabajo de Oro” və “El Ornitorrinco” ədəbi jurnalların ərsəyə gəlməsində yaxından iştirak edib. Abelardo Kastilyo fəaliyyəti ərzində bir sıra milli və beynəlxalq mükafatlara layiq görülüb. Bunların arasında UNESCO-nun “Beynəlxalq Müasir Yazıçılar Mükafatı”, “Konex” mükafatı, “Milli Ədəbiyyat Mükafatı” var.