Nillə üzüyuxarı

9 may Qahirədən, günəşdən, yerli camaatdan, avropalılardan, dekorativ zürafələrdən və hirsli meymunlardan yorulmuşam. Hər gecə yuxuda başqa bir ölkəni görürəm, tanış və gözəl ölkəni, hər gecə nə etməli olduğumu aydın bilirəm, amma yuxudan duran kimi hər şey yadımdan çıxır. Günlər, həftələr keçir, mənsə hələ də Qahirədəyəm.