Məmurun ölümü

Bir gün axşam ekzekutor* İvan Dmitriç Çervyakov ikinci sıra kresloda oturub durbin ilə “Kornevil zəngləri” operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən… hekayələrdə lakin birdən sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar: həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi kəsildi…