Üç kosmonavt. "Üç nağıl" kitabından ikinci nağıl

Yer planeti vardı. Bir də Mars vardı. Onlar bir-birindən çox uzaqda, göy üzünün ortasında, milyonlarla başqa planetin əhatəsində yerləşirdi. Yer planetində yaşayan insanlar həmişə Marsa və başqa qalaktikalardakı planetlərə getməyi arzulayırdı. Amma o planetlər o qədər uzaqda idi ki! İnsanlar hərəkətə keçdi. Əvvəlcə, göy üzünə sputniklər buraxdılar. Sputniklər iki gün Yerin ətrafında fırlanıb geri qayıdırdı. Sonra sputnikləri raketlər əvəzlədi, Yerin ətrafında bir neçə dövrə vuran raketlər geri qayıtmadı, Yerin cazibə qüvvəsindən çıxıb ulduzlararası sahələrə uçdular. Raketlərdə itlər uçurdu. Amma itlər danışa bilmədikləri üçün radioya, sadəcə, "Hav! Hav!" deyirdilər və insanlar itlərin orda nə gördüyünü, itlərin başına nə gəldiyini başa düşə bilmirdi.