Yarıqulaq nağılı

Bir kәndlinin bibәr boyda, bapbalaca bir oğlu oldu. Uşaq dünyaya gәlәn kimi danışdı, yeridi. Anası uşağın adını qoydu Yarıqulaq. Bir gün ana qatıq çalanda kasa çatladı. Ana çatlayan yerә gil sürtdü, dedi: — Oğlum yaxşı oğuldur, gözәldir, amma әlindәn bir iş gәlmir, kasamız çatlayıb, onu yapışdıra bilmir! Yarıqulaq anasının sözünü eşitdi, qanı qaraldı. Xәlәtinin әtәklәrini qurşağına keçirtdi, qoca dulusçunun evinә getdi. Dulusçu Ata onu özünә şagird götürdü. Onlar ata-bala kimi meһriban dolanırdılar. Usta böyük küpәlәr qayırırdı. Yarıqulağın әlindәn isә lap balaca dibçәklәr çıxırdı. Kәnd uşaqları onlara baxmaqdan doymurdu. Usta bir һәftәdә qayırdığı küpәlәri bazar günü arabaya yığdı, gedәndә Yarıqulağa dedi: — Bunları aparım satım, tacir Qurbanbaya iyirmi beş tәnqә borcum var, borcumu qaytarım.