Üç damla qan

Dünən məni ayrı otağa köçürdülər. Görəsən, Nazimin dediyi kimi təmiz toxtayıb gələn həftəyə azad olacağammı? Görəsən, həqiqətən xəstələnmişdimmi? Bir il olar... Bu bir il ərzində çoxlu israr etməyimə baxmayaraq mənə kağız və qələm verməkdən imtina edirdilər. Həmişə öz-özümə deyərdim ki, əlimə kağız və qələm düşən zaman çoxlu yazılar yazacam... Amma dünən ağzımı açmamış kağız və qələm gətirdilər: mənim arzuladığım şeyi... O şey ki, bura kimi intizar çəkirdim. Amma nə fayda! Dünəndən nə qədər düşünürəm, yazmağa ağlıma bir şey gəlmir. Sanki bir şəxs əlimi tutub və ya qolum keyiyib. İndi diqqət yetirirəm, kağız üstündə çəkdiyim qarmaqarışıq xətlər arasında oxunulası təkcə yazı "üç damla qan"dır.