Qılıncla divar arasındakı məsafə lap azalıb. Qılıncdan qaçsam, divara yapışacam və divarın soyuğu iliklərimə işləyəcək; yox, divardan qaçıb özümü irəli atsam, qılınc boğazıma sancılacaq. Deməli ikisinin arasında mövcud olduğunu düşündüyümüz istənilən alternativ saxtadır. Belədirsə, bunu qınayıram. Həm qılınc, həm də divar yalnız mənim məhvimi, ölümümü istəyir, ona görə də mən seçim etməkdən boyun qaçırıram. Əgər qılınc divardan daha yumşaq olsaydı, yaxud divar qılıncın tiyəsi qədər kəskin olmasaydı, qərar vermək mümkün olardı, amma onları – qılıncı və divarı – gözdən keçirən hər kəs dərhal anlayar ki, ikisi arasında fərq sadəcə səthidir. Bilirəm ki, divarla qılınc arasındakı dar yerdə yaşamağa çalışaraq ölümümü gecikdirmək qeyri-mümkündür. Burda hava çatışmır – zəhərli qazlar və hissəciklərlə kirlənib, üstəlik, qılınc bədənimdə xırda kəsik izləri qoyur (onları utancımdan gizlədirəm), divarın soyuğu isə ciyərlərimə dolur, yavaş-yavaş öskürürəm. Əgər mən sürüşüb aradan çıxa bilsəydim (imkansız xilas yolu) qılıncla divar qarşı-qarşıya gələrdi. Lakin artıq arada mən olmadığım üçün gücləri o qədər azalacaqdı ki, bəlkə də divar dağılacaq, qılınc paslanacaqdı.
Kateqoriyalar
- Xalq nağılları
- Xarici nağıllar
- Azərbaycan yazıçılarının hekayələri
- Dünya yazıçılarının hekayələri
-
Dərsliklər
- VI sinif "Coğrafiya" dərsliyi
- II sinif üçün "Azərbaycan dili" dərsliyi
- VI sinif "Ümumi tarix" dərsliyi
- VI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Ədəbiyyat" dərsliyi
- V sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- III üçün "Həyat bilgisi" dərsliyi
- V sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- VIII sinif üçün "Ədəbiyyat" dərsliyi
- IV sinif üçün "Həyat bilgisi" dərsliyi
- VII sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- I sinif üçün "Azərbaycan dili" dərsliyi
- V sinif üçün "Həyat bilgisi" dərsliyi
- VIII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Ədəbiyyat" dərsliyi
- XI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- X sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Zəfər tarixi" dərsliyi
- V sinif üçün "Musiqi" dərsliyi
- VI sinif üçün "Ümumi Tarix" dərsliyi
- Şeirlər
- Qanunlar
- Romanlar
- Motivasiya
- Müxtəlif kitablar
- Şeir kitabları