İvan Bunin Mərkəzi Rusiyada, Voronej yaxınlığında 1870-ci ildə doğulmuşdu. Atası kökləri XIV əsr Litva cəngavərlərinə gedib çıxan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə etdiklərindən Buninlər demək olar ki, tam müflis vəziyyətə düşmüşdülər.[2] Gələcək yazıçı ilk təhsilini evdə almış, 11 yaşında isə Yeletsk gimnaziyasında oxumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraxmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi. Yuli dərin ağlı ilə yanaşı həm də siyasi baxışlarının radikallığı ilə seçilirdi. Kiçik qardaşının ədəbi istedadını üzə çıxaran, onu rus klassikası ilə yaxından tanış edən və bədii yaradıcılığa ruhlandıran da Yuli olmuşdu. Bu arada ailənin maddi vəziyyəti daha da çətinləşdiyindən İvan Bunin 1889-cu ildə yerli "Orlovski vestnik" qəzetində korrektor kimi işə düzəlmişdi. İki ildən sonra "qalın" jurnallardan birinin kitabxanası seriyasından onun ilk şeirlər kitabı işıq üzü görmüşdü. Əsasən klassik üsluba yaxınlığı ilə seçilən bu şeirlərdə təbiət mənzərələrinin təsviri başlıca yer tuturdu. 90-cı illərdə Bunin nəsr sahəsində də qələmini sınamışdı. Yaradıcılığına böyük məhəbbətlə yanaşdığı Çexovla məktublaşması da bu dövrə təsadüf etmişdi. İlk görüşləri isə 1895-ci ildə olmuşdu. Sənətə fərqli münasibətlərinə və bədii üslublarının müxtəlifliyinə baxmayaraq, rus ədəbiyyatının bu iki tanınmış siması yaxın və səmimi dostluq münasibətləri qura bilmişdilər. Ədəbi fəaliyyətinin ilk mərhələsində orijinal fəlsəfi baxışları və fərqli yaşayış tərzi ilə Buninə ciddi təsir göstərən rus sənətkarlarından biri də Lev Tolstoy olmuşdu. Şəxsi tanışlıq və ünsiyyətdən sonra isə ilkin təəssürat pozulmuşdu. Lakin bu, Buninə Lev Tolstoyu hər zaman rus ədəbiyyatının böyük simalarından biri saymağa və onun realizmindən heyranlıqla danışmağa mane olmamışdı.
Kateqoriyalar
- Xalq nağılları
- Xarici nağıllar
- Azərbaycan yazıçılarının hekayələri
- Dünya yazıçılarının hekayələri
-
Dərsliklər
- VI sinif "Coğrafiya" dərsliyi
- II sinif üçün "Azərbaycan dili" dərsliyi
- VI sinif "Ümumi tarix" dərsliyi
- VI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Ədəbiyyat" dərsliyi
- V sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- III üçün "Həyat bilgisi" dərsliyi
- V sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- VIII sinif üçün "Ədəbiyyat" dərsliyi
- IV sinif üçün "Həyat bilgisi" dərsliyi
- VII sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- I sinif üçün "Azərbaycan dili" dərsliyi
- V sinif üçün "Həyat bilgisi" dərsliyi
- VIII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Ədəbiyyat" dərsliyi
- XI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- X sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Zəfər tarixi" dərsliyi
- V sinif üçün "Musiqi" dərsliyi
- VI sinif üçün "Ümumi Tarix" dərsliyi
- Şeirlər
- Qanunlar
- Romanlar
- Motivasiya
- Müxtəlif kitablar
- Şeir kitabları