Mademuazel Koko

XIX əsr Avropa tənqidi realizminin görkəmli nüma­yəndə­lərindən biri olan Gi de Mopassan oxucuların geniş rəğbətini qazanmış söz ustasıdır. O özü barədə zarafatla deyirdi: “Mən ədəbiyyata meteor kimi daxil oldum”. Mopassan on bir il ərzində bir çox kiçik povestlər, “Həyat”, “Gözəl dost”, “Mont-Oriol”, “Pyer və Jan”, “Ölüm kimi güclü” və “Bizim ürəyimiz” kimi iri romanlar yaratmışdır. Bu əsərlər Mopassana fransız yazıçıları sırasında ön yerlərdən birini qazandırmışdır.