İlin əhvalatı

Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Kibritçi Qız”, “Qalay əsgər”, “Düyməcik”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhur olan Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilir. Amma Andersenin həyatı heç də nağıllardakı kimi olmamışdır. Adi bir başmaqçı olan atası oyuncaq hazırlamağı çox sevərdi. Atasının həyatdan erkən köçməsi ilə Hans uşaqlıq çağları ilə vaxtından əvvəl vidalaşaraq işləməyə məcbur olub. Daha sonra Hans Kopenhagenə köçmək qərarına gəlir. O, bütün asudə vaxtını kitabxanada keçirirdi. Beləliklə, Hans Kopenhagen universitetinə daxil olub və yazıb-yaratmağa başlayıb. Əsərləri nəşr olunub və teatrlarda səhnələşdirilib.