Həqiqi dost

Günlərin bir günü səhər Qoca Su Siçanı başını yuvasından çıxartdı. Onun xırda kinli gözləri, qısa tikanlı bığları vardı və quyruğu bir qədər qara rezinə bənzəyirdi. Gölməçənin içində sarıbülbülə bənzəyən balaca ördək balaları üzməyə çalışırdılar; Ana Ördək isə təmiz ağ rəngdə idi, qırmızı ayaqları vardı və balalarına suya necə baş vurmağı öyrətməyə çalışırdı.