Aktyor

Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer təqdim eləmişdi. Lüdviq çox da ləngimədi, elə axşam qatarı ilə yola düşdü. Ancaq getməzdən qabaqkı bir neçə saatı teatrda keçirməli oldu: direktordan icazə istədi, kostyumunu qaydaya saldı, tanınmış həmkarı Lavini tapıb, birgə yoxlama məşqini ayrı vaxtda keçirmək barədə onunla razılığa gəldi. Direktorun qərar verməsi bir qədər çəkdi və bu müddətdəLüdviq təzə pyesin mətninə ötəri də olsa, nəzər saldı. Sonra isə aydın məsələdir ki, qayğıkeş sorğular hədəfinə çevrildi...