Zirək kəndli

Yava adasında yoxsul bir kəndli yaşayırdı. Onun azacıq yerində təkcə bircə banan ağacı bitmişdi. Bir dəfə kəndlinin daxmasının yanından üç yolçu: rahib, həkim və sələmçi keçirdi. Banan ağacını sələmçi birinci görüb, yoldaşlarına belə dedi: – Biz üçük, kəndli isə təkdir. Biz onun şirin bananlarından dərib yesək, o bizə nə edə bilər ki? Əli əyri adamlar da kəndlinin gözü qabağında onun yeganə ağacının meyvəsini dərib yeməyə başladılar. – Hörmətli ağalar, siz nə edirsiz? – deyə kəndli ümidini itirmiş kimi qışqırdı. – Axı bu mənim bananımdır!.. – Sənin olanda nə olar ki? – deyə rahib arsız-arsız soruşdu. – Banan bizim xoşumuza gəldi, odur ki, yeyirik, – deyə həkim əlavə etdi. – Bizə mane olma, yoxsa, işin pis olar! – deyə sələmçi onu hədələdi.