Su borusu

Uşaqlar dənizin dayaz yеrinə su bоrusu basdırmışdılar ki, hərdən nişangah kimi istifadə еtsinlər. Su оnun düz bоğazından idi və hərdən ləpə gələndə ağzına su dоlurdu. Bеlə vaхtlarda о, suyu ağzından kənara sıçradıb dеyirdi: —Еlə əslində mən də balığam və оnlardan dеmək оlar ki, hеç nə ilə gеri qalmıram.

Üç mirvari

Qədim zamanlarda Nardaran qalasının qırağında, Xəzər dənizinin axar-baxarında tikilmiş bir evdə Piri baba adlı qoca ilə onun nəvəsi Gülbala olurdu. Baba vənəvə gün çıxandan gün batana qədər qonşuların bağ-bağatında işləyir, meynələrin dibini belləyir, bostan becərir, pis-yaxşı dolanırdılar.

Dərsimi yaz

Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmir. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar: — Necəsən, bala, indi ürəyin nə istəyir?

Mən də təyyarəçi olacağam

Bir sabah Kamal tezdən yuxudan durub, adəti üzrə, evlərinin yaxınlığındakı təpəyə çıxmışdı. O, ətrafa tamaşa edirdi. Orada, aşağıda göz işlədikcə düzənliklər, sıx meşələr, gümüş kəmər kimi parlayan çaylar, məxmər çəmənlər görünürdü. Dərələrdən yüngül duman ucalır, ucaldıqca, sanki, göydə əriyib yox olurdu. Göy üzündə bir dəstə qaraquş qanadlarını geniş açaraq halay vurub hərlənirdi...

Gözəl təşəbbüs

İkinci gecə Şaiqgildə toplanmağı qərarlaşdırmışdılar. Səhhət və Sabirin Şaiqgildə olacağından xəbər tutan Əlicabbar da bu gecə buraya gəlmişdi. Şaiqin ayağı yerə dəymirdi. Tez-tez qonşu otağa keçib, əziz qonaqları üçün yemək və çay gətirirdi. Əvvəlcə Sabir “Molla Nəsrəddin” üçün yazdığı yeni şeirlərini oxudu. Səhhət Lermontovdan tərcümələr etməyə başladığını söyləyib onun gözəl “Mtsıri” poemasından danışdı: