Ağacın budağında bir quş yuvası var idi. Bu quş dünyaya göz açdığı gündən onun dodağından nəğmə əskik olmamışdı. Cəh-cəhi şirin melodiya kimi hər tərəfə axıb gedirdi:
Tort
Günlərin bir günü Yer üzünü gəzməyə gəlmiş xeyirxah sehrbaz şəhərlərin birində olarkən bu şəhərin əhalisini sevindirməyi qərara aldı. Əhvalat belə oldu: Səhər tezdən yuxudan oyanan şəhər əhli çaşıb qaldı. Mərkəzi meydanın tən ortasında nəhəng bir tort qoyulmuşdu. Tort çox yekə, hündür və gözəl idi. Dərhal bütün şəhər əhalisi bura toplaşdı.
Bir damla su
Bapbalaca damla buludların arasından yerə boylandı: - Ay aman, bu nə gözəllikdir?! - Bu gözəlliyi də sənin kimi damlalar yaradıblar! - Bulud gülümsündü. - Siz olmasaydınız, hər yan qupquru quruyar, Yer üzündə bir canlı belə qalmazdı. - Bəs okeanlar, dənizlər, çaylar, göllər? - Onlar da damlalardan ibarətdir, balaca! Bəs eşitməmisən ki, deyirlər «Dama-dama göl olar»?
Kərəm əfsanəsi
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə, Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur. O, fəaliyyətə hekayə ilə başlamış, ilk hekayəti 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və "Ürək"povestlərini yazmışdır.
İz ilə
İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.