“Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayrus Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa, adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətəndaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi. Yazıçı “Sirli ada” sakinlərinin ayrı-ayrı xüsusiyyətlərini qeyd etsə də, bütövlükdə onları mərdlik, mübarizlik, gözütoxluq, ən əsası isə etibarlılıq birləşdirir. Kolonistlər, onlara çoxlu yaxşılıqlar etmiş, dəfələrlə onları böyük təhlükələrdən qoruyan sirli adamı tapıb ona təşəkkür etmək üçün heç bir fədakarlıqdan çəkinmir, onu tapmaq üçün adanı ələk-vələk edirlər.
Qisas
Əsərdə hadisələr İkinci Dünya müharibəsi zamanı Almaniya tərəfindən işğal edilmiş Fransanın Suasson şəhərində baş verir. Alman əsgəri Hans ilə fransız fermerin qızı Annet arasında yaşanan zorakılıq – adından bəhs olunan «qisas»ın yaranmasına səbəb olur. Bəs sonda Annet öz qisasını ala bilirmi?
On beş yaşlı kapitan
"Piligrim" balinaovu gəmisi Yeni Zelandiyadan Amerikaya doğru yola düşür. Gəmidə gəmi sahibinin yoldaşı xanım Ueldon, onun kiçik oğlu Cek, qəribə alim qum quşu Benedikt və qəza edən başqa bir gəmidən xilas edilmiş beş zənci sərnişin var. Heyətin içində ən gənc üzv 15 yaşlı yetim Dik Senddir. Okeanda balina ovu zamanı baş verən bədbəxt hadisə nəticəsində gəminin kapitanı və bütün təcrübəli dənizçilər həlak olurlar. Gəmidə naviqasiyadan az-çox anlayışı olan yeganə şəxs Dik Send qalır və o, böyük bir məsuliyyətlə kapitanlığı öz üzərinə götürür.
Xudafərin körpüsü
Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanı XV əsrin sonlarında Azərbaycanda mövcud olan ağır və gərgin geosiyasi vəziyyətin, feodal pərakəndəliyinin və xalqın vahid dövlət həsrətinin geniş bədii mənzərəsi ilə başlayır. Əsərin başlanğıcında Şeyx Heydərin ölümündən sonra Səfəvi sülaləsinin son ümidi olan balaca İsmayılın düşmənlərdən gizlədilməsi, onun Lahıc dağlarında qızılbaş müridləri tərəfindən böyük çətinliklərlə qorunması və həm bir döyüşçü, həm də elm və sənət adamı kimi necə yetişdirilməsi geniş təsvir olunur. Süjet xətti ortalara doğru irəlilədikcə, artıq yetkinləşən və çiyinlərindəki tarixi missiyanı dərk edən İsmayıl Lahıcdan çıxaraq ətrafına sadiq qızılbaş əmirlərini və böyük bir ordunu toplamağa başlayır; o, bir tərəfdən atasının və babasının qisasını almaq üçün Şirvanşah fərrux Yasarın üzərinə yürüş edir, digər tərəfdən isə saray intriqaları, xəyanətlər və daxili çəkişmələrlə alovlanan Ağqoyunlu dövlətinin zəifləməsindən istifadə edərək vahid Azərbaycan dövləti qurmaq ideyasını reallaşdırmağa addım-addım yaxınlaşır.
Gizli Laboratoriya
Kventin əmi Kirrin adasında elmi araşdırmaları ilə məşğuldur. Günlərin bir günü adaya naməlum şəxslər gəlir və alimi izləməyə başlayırlar. Kventin əminin həyatına təhlükə yaranır. Lakin dörd uşaq və onların sevimli köpəyi naməlum şəxslərin bütün planlarını pozur...