Kirpi və Tülkü

Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi. Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar. Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular. Günlərin bir günü Kösə Akay onlara tələ qurdu. Hinin qarşısına dərin bir çuxur qazıdı. Çuxur görünməsin deyə üstünü də çör- çöplə örtdü. Gecənin yarısı tülkü ilə kirpi yenə toyuq oğurlamaq üçün gəldilər. Gizlicə qapıya yaxınlaşmaq istəyərkən ikisi də çuxura düşdü.

İncinin inci söhbətləri

İnci hazırlıqdan evə gedəndə mütləq yeməkxanaya gedib “Zəhmət olmasabir stəkan verin” deyərək oradan stəkan alıb suyu icib nənəsi ilə evə gedir. Bunu müşahidə edən müəllim bir gün İnciyə belə bir sual verdi: – İnci, buranın suyu evin suyundan yaxşıdırmı? Suyu içə-içə başı ilə təsdiqlədi. Sonra: – Buranın suyuda, özü də mənim xoşuma gəlir. Müəllim: – evdə bacın, qardaşın varmı?

Hərə bir cür pul qazanır

- Sən öləsən, qoymurlar kasıbkarlığımı eləyim də!... A bala, nə istəyirsiniz məndən? Mənə sataşana görüm Allah qənim olsun!.. Nə eləyirəm, əcəb eləyirəm, bacarana can qurban! Gedin, kimə istəyirsiniz şikayət eləyin. Xox, qorxdum sizdən!.. - A kişi, nə çıxmısan özündən? Düz deyirlər də... - Nəyi düz deyirlər, ay... Demişdim, qoy qalsın! - Gör necə acgözsən ki, kəfənə də kəf gəlirsən. - Yalançının... Ağzımı açdırma ha!..

Gəlincik

Ad günündә Dürdanәyә xalası gözәl bir gәlincik bağışlamışdı. Dürdanә öz gәlinciyinin adını Nailә qoymuşdu. O, Nailәdәn ayrılmırdı. Nahar edәndә dә Nailәni süfrә başında otuzdurur, yatanda yanına uzandırırdı. Nailә yemәsә dә yata bilirdi. O, elә uzanan kimi gözlərini yumurdu.

Dostlar Doktor Aybolitə kömək etdilər

Varvara doğru deyirdi. Doktor çörәksiz qalmışdı. Üç gün idi ki, o ac idi. Onun pulu yox idi. Onun evindә yaşayan һeyvanlar onun yemәyә һeç bir şeyi olmadığını görüb ona kömәk etdilәr. Bayquş Savva ilә donuz Xor-Xor һәyәtdә bostan düzәltdilәr. Donuz burnu ilә lәk qazıdı, Bumba isә kartof әkdi. İnәk һәr gün sәһәr vә axşam doktora süd verirdi.