Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz.
Bir günah sənindir, bir günah mənim
Bir gözünü mən əydim, bir gözünü sən, Niyə narazıyıq bu tərəzidən? Sən çeşmə qurudan, mən ağac kəsən, Bir günah sənindir, bir günah mənim.
Qarışqa qadın
bütün qışı mətbəxdəki şkafın alt gözündə gözlədi evin xanımının baharda öz əlləriylə yığıb duza qoyduğu tənək yarpaqları
Söykənmişəm səsinə
Gözlərin azanımdır - Gündə min yol məni sevgiyə çağıran... Könlüm sənə səcdədə, Qəlbim qəlbinə sonsuz bir rüku... Bu sevda nə sevdadır belə? - Sultanlığı olmayan bir quyu...
Sən azadsan!
Saçımda anamın xınası, yolların ayaqlarımçün duası, gözlərimdə hələ bizim olmayan uzaqlıq deyir: Sən azadsan! Sən azadsan!