Bahar nə xoş gəlir, ruha dad verir. Xəyala, duyğuya qol-qanad verir; Var olsun şerimiz, şairlərimiz! – Hər gülə, çiçəyə təzə ad verir.
Sağ ol, ana dilim
Yollarım sınandı yad ölkələrdə, Neçə yad dodaqda səsləndi adım. Sağ ol, ana dilim, məni heç yerdə Köməksiz qoymadın, yalqız qoymadın.
İlan və qurbağa
Günlərin bir günündə Bir zalım İlan Bir Qurbağa tutmuşdu Göl qırağından. Qışqırırdı Qurbağa, Hey dad edirdi.
Məktəbə çağırış!
Mənim bağım, baharım! Fikri ziyalı oğlum! Məktəb zamanı gəldi, Dur, ey vəfalı oğlum! Ey gözüm, ey canım! Get məktəbə, cavanım!