Vətən mənim bu günüm, Sabahkı toy-düyünüm. Haqqım var ki, öyünüm Azərbaycan deyəndə. Ürəklərdə döyünüm, Azərbaycan deyəndə.
Təbiət Allahın şah əsəridir
Yenə təbiətlə üz-üzəyəm mən, Döş-döşə, baş-başa, göz-gözəyəm mən. Çıxmışam dünyanın adiliyindən, Gözəllik adlanan möcüzəyəm mən. Belə duymamışdım gözəllikləri Dünyaya gəldiyim gündən bəridi. Bir səs dalğalandı qulaqlarımda: – Təbiət Allahın şah əsəridi!
Bu torpaq üçün yaşa!
Azərbaycan övladı! Sənindir bu məmləkət, Dayağıdır həqiqət, bayrağıdır məhəbbət. Yurd sevgisi ocaqdır, qalma bu oda həsrət, Ömrün boyu alovlan, bu ocaq üçün yaşa!