Vətəndaş! Nə gözəl səslənir bu söz, Yəni – bir Vətənin övladıyıq biz. Anamız eynidir, qardaşıq demək, Mən sənə arxayam, sən mənə kömək.
Ən gözəl
Ey könül, ümmanlar coşsun səsində, Şeirin qanad açan günüdür bu gün. Bütün ölkələrə yer kürəsində De ki, Azərbaycan günüdür bu gün!
Vətən əbədi qoruqdur
Vətəni sevmək azdır, Onu qorumaq gərək. Vətənim demək azdır, Vətənin olmaq gərək.
Məndən ötdü, qardaşıma dəydi...
Ey daşlaşan, torpaqlaşan ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Küləkləşən, dumanlaşan ruhunla sən Ayağa dur, səninləyəm!