Molyerin öldürüldüyü gün

Mən orada mədəniyyətin necə dəfn olunduğunu gördüm. Teatrın baş rejissorundan aldığı cavaba uzun müddət özünü inandıra bilmədi. Telefon danışığı çox qısa çəkmişdi; gözləntisinin əksinə olaraq özünü yerli-yataqlı təqdim eləməyə, şirin sözlər deməyə ehtiyac qalmamışdı, gənc dramaturq olduğunu və ilk pyesini tamamladığını eşidən kimi rejissor sevincək səslə təcili əsəri teatra gətirib Bədii Şuraya təqdim eləməsini məsləhət görmüşdü.

Melanxolya

Hərdən belə də ola bilir. Anidən. Gözləmədiyin, özünü hazır bilmədiyin bir anda, lap elə həkim qəbulunda növbə gözlədiyin zaman, üzünü birinci dəfə gördüyün yöndəmsiz insan, rahatca sol tərəfində boş qalmış stula oturub sənə tərəf əyilər. Salamsız-kəlamsız söhbətə başlayar. Əlacsızlıqdan təslim olarsan tanımadığın Heç Kimə.

Ay işığında

Aşıq Valeh o qədər qocalmışdı ki, neçə-neçə yüz illər karvanını yola salmış, budaqlarının bir çoxu qurumuş, bəziləri qaralıb kösəyə dönmüş və başına tarixdən əvvəlki ildırımlar düşmüş qocaman bir çinara oxşarı vardı...

Aslan və Fərhad

Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində оlan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri оn altı yaşında Fərhad, о birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə оn beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən оlduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm оxuculara söyləməklə оnları da öz dərdimə şərik etmək fikrindəyəm.

Ehsan kababı

Bir vaxtlar eyni sinifdə oxuyan Şamil, Vasif və mən otuz ildən sonra feysbukda tapışıb, təzədən dostlaşıb arada çayxanalarda, pitsa və pitixanalarda oturub saatlarla söhbət edirdik. Aşağı-yuxarı hər üçümüz qırx beş yaşımıza qədər eyni şeylərdən keçmişdik, - əsgərlik, ali təhsil, iş, evlənmək, bu gün-sabah məktəbi bitirəcək oğul-qızlarımız.