Sərçələr

Əli əsdi, ya fikri dağıldı, nə oldusa, yenə çayla dolu fincan apardığı yerdə əlindən sürüşüb ağzı üstə döşəməyə dəydi. Fincanla bir, ürəyi də döşəmənin işıltılı üzünə dəyib çilik-çilik oldu… Dağılan yenə şirin çay idi. Son görünmə: 2 aprel, 16:55 - Cavid Zeynallı Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə Azərbaycan beynəlxalq simpoziumda Dəhlizin o biri başında anasının əsəbilikdən əyilmiş üzü göründü. Anasının üzü əsəbiləşəndə elə vahiməli olurdu, adamın az qalırdı bağrı yarıla.

Şuşanın ayaqları

Şəhid Analarına – Şəhid Analara ithaf olunur… - Ata, sənin ayaqların hanı? - Şuşaya vermişəm, oğlum. - Şuşanın öz ayaqlarına nə olub ki, sənin ayaqlarını alıb? - Şuşanın ayaqlarını düşmənlərimiz kəsmişdi, yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim. - Bəs Salman əminin qolları hanı? - O da qollarını verdi Şuşaya, oğlum. - Ata, Elmaz əmi də gözlərini verib Şuşaya, eləmi? - Hə, ağıllı balam. - İndi Şuşa həm görür, həm yeriyir, həm də qolları var? - Hə, igid oğlum, indi Şuşanın həm ayaqları, həm güclü qolları, həm də görən gözləri var.

Qayğıkeş külək

Biri vardı, biri yoxdu. Səma adında balaca bir qız vardı. O, lap kiçik yaşlarından ata-anasını Qarabağ müharibəsində itirmişdi. Buna görə də nənəsinin himayəsində yaşayırdı. Sənəm nənə doğma yurd, övlad itkisindən dərd içində idi. Getdikcə bu dərd qəriblikdə onun belini bükürdü. Sənəm nənəni bu həsrət daha da qocaltdı. Bir gün o da dünyasını dəyişdi. Səma lap yalqız qaldı. Hönkür-hönkür ağlamağa başladı. Bunu görən külək hay-harayla qızın yanına gəldi. Sakitləşib mehribanlıqla ondan soruşdu: - Niyə ağlayırsan, de görüm, sənin xətrinə kim dəyib? Səma küləyin qayğıkeşliyindən daha da kövrəldi. Sonra o, yavaş səslə dedi: - Bircə nənəm vardı. O da məni tək qoyub başqa dünyaya getdi...

Qar

Fevralın 25-i idi. Qar yağırdı. Rəhim dostları ilə həyətə çıxmışdı. Uşaqlar sevinirdilər. Onların körpə könlündən qartopu oynamaq, qaradam düzəltmək keçirdi. Onlara elə gəlirdi ki, neçə vaxtdan bəri Xocalı şəhəri üzərində dolaşan qara buludlar dağılır... Bir müddət əvvəl Şuşadan gələn vertolyotu erməni hərbçiləri vurmuşdular. Bu hadisəni Rəhim eyvandan öz gözləri ilə görmüşdü. Əvvəl qara tüstüyə bürünmüş vertolyot aşağı şığıdı. Yerə düşəndə partlayış səsi gəldi və böyük alov burula-burula yuxarı qalxdı. Lap filmlərdə olduğu kimi. Amma bu, film deyildi. Radioda xəbər verdilər ki, Şuşa vertolyotu vurulub. O gündən Xocalı aeroportunda səssizlik idi. Rəhim çox qorxmuşdu, daha həyətə çıxmırdı. İndi isə qar yağmışdı. Onun həssas uşaq qəlbi sevinirdi.

Manqurtun öcü

Ulu Kam çağırmışam! Bütün "Manqurt soydaşlarımı" Alp yapacağam! Söz! Manqurtun öcü yaman olacaq! Tomiris T.B. Sarı Özək çöllərində Günəş qürub edirdi. Həmin gün Ağ maya yerdə hərəkətsiz qalan Ananın cansız bədəninin yanından bir an da uzaqlaşmamışdı. Manqurt isə otardığı dəvələri izləsə də, ara-sıra donuq baxışlarla artıq əbədi susmuş Anaya baxırdı. Manqurt dəvə sürüsünün artıq yan verib yatdığından əmin olduqdan sonra başını bir daşa söykəyib gözünün acısını almağa çalışırdı, lakin yazıq zavallının gözlərinə yuxu getmirdi ki, getmirdi... Çarəsiz zavallı bütün gecəni vadi boyu sürünü qovdu. Qaçmağa çalışdığı o tükürpədici səs isə daha da yaxınlaşırdı... Bir anda qarşısında bir cüt mavi işıq parıldadı. Artıq sonunun çatdığını sandı. Gözlərini yumdu və üzü üstə torpağa sərildi...