İfadə

Saat ona qalmışdı və mən həbsxana çarpayısının üzərində uzanıb yun adyalın altında divarı taqqıldadırdım. Qəfil kameranın içindəki lampa yanır və növbətçi müşahidə dəliyindən içəri baxırdı. O baxanda səssizcə yatırdım. Başlanğıcda aradabir taqqıldatmağa başladım. O da eyni formada cavab verirdi. Səslər sanki uzaqdan gəlirmiş kimi dərin və boğuqdu. Bir dəfə vurdum –a, iki dəfə vurdum –b, üç dəfə vurdum –c.

Gözəl təşəbbüs

İkinci gecə Şaiqgildə toplanmağı qərarlaşdırmışdılar. Səhhət və Sabirin Şaiqgildə olacağından xəbər tutan Əlicabbar da bu gecə buraya gəlmişdi. Şaiqin ayağı yerə dəymirdi. Tez-tez qonşu otağa keçib, əziz qonaqları üçün yemək və çay gətirirdi. Əvvəlcə Sabir “Molla Nəsrəddin” üçün yazdığı yeni şeirlərini oxudu. Səhhət Lermontovdan tərcümələr etməyə başladığını söyləyib onun gözəl “Mtsıri” poemasından danışdı:

Pələng ovu

Kərim baba söhbətinə belə başladı: - Bizim Borçalı meşələrində pələng olmadığını bilirsiniz. Ancaq keçmiş zamanlarda varmış. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. Onun qorxusundan meşəyə heç kəs getmirdi. Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalayıb. Ağlım başımdan çıxdı. Tüfəngimi götürüb getdim.

Əsgər atasının məktubu

Gözüm yığışmayıb yollardan hələ, Əllərim uzanıb Vətənə sarı. Bütün əsgərlərə, komandirlərə Oxu bu məktubda yazılanları.

Sevin Azərbaycanı

Azərbaycanı sevin, sevin Azərbaycanı, Bu gün odlu sevgiyə onun ehtiyacı var… Sevin odum, ocağım, evim Azərbaycanı, İndiki dərdlərinə eşqimiz əlac olar…