Ehtiras

Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan "Gonbul"u çap etdirmişdir. O səyahət mövzulu əsərlərin və lirik şeirlərin də müəllifidir.

İzergil qarı

Maksim Qorki (rus. Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus. Алексей Максимович Пешков; 28 mart 1868[1][2][3][…], Nijni Novqorod, Rusiya İmperiyası[4] – 18 iyun 1936[1][3][5][…], Gorki-10[d]), SSRİ — rus və sovet yazıçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar. İlk gənclik illərini Qazanda keçirən Qorki, dekabr 1887-ci ildə hətta intihara cəhd edir. Sonraki 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxar.

Kərəm əfsanəsi

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə, Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur. O, fəaliyyətə hekayə ilə başlamış, ilk hekayəti 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və "Ürək"povestlərini yazmışdır.

Boyunbağı

Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan "Gonbul"u çap etdirmişdir. O səyahət mövzulu əsərlərin və lirik şeirlərin də müəllifidir.

İz ilə

İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.