Kolumbun adı tarixə Amerika qitəsini kəşf edən ilk səyyah kimi düşüb. Dənizçilik karyerasına 22 yaşında başlayan Kolumbun rəhbərlik etdiyi donanma 1492-ci ildə Hindistana dəniz yolunu tapmaq üçün yola çıxdı. Həmin ilin oktyabrında matroslardan biri «Torpaq!» deyə həyəcanla bağıranda Xristoforun sevinci yerə-göyə sığmırdı. O fikirləşirdi ki, axtarışına çıxdığı dəniz yolunu, nəhayət, tapıb. Kolumb, həqiqətən də, böyük kəşfə imza atmışdı, lakin onun ayaq basdığı torpaq Hindistan yox, o vaxtadək varlığı heç kimə məlum olmayan Amerika qitəsi – Yeni Dünya idi.
İbn Sina
Qərbdə «Avisenna», Şərqdə isə «İbn Sina» olaraq tanınan Əbu Əli Hüseyn ibn Abdullah orta əsrlər dövrünün ən böyük təbiblərindən biridir. Sağlığında «Hüdcətül-Haqq» (həqiqət carçısı), «Şeyx-ur-Rəis» (müdriklərin başçısı), «Harami buzurq» (dahi təbib), «Şərəf-ül-Mülk» (cahanın ən şərəfli insanı) kimi saysız-hesabsız titullar qazanan İbn Sina tibblə yanaşı, fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya, musiqi sahələrində də bilik və bacarıqları ilə məşhurlaşmışdır. Onun bir çox əsərləri müasir dövrdə belə öz dəyərini qoruyub saxlayır və qiymətli elmi mənbə kimi istifadə olunur. Sizə təqdim olunan bu kitabda böyük alimin uğurlarla və məşəqqətlərlə dolu zəngin həyat yolundan ətraflı bəhs edilir. Kitabda İbn Sinanın şəxsiyyəti və yaradıcılığı ilə yanaşı, yaşadığı dövrlə bağlı bir-birindən maraqlı faktlarla tanış olacaqsınız.
Ağa Məhəmməd Şah Qacar - II HİSSƏ
Ömrünün 17 ilini əsir olaraq keçirən, lakin hətta xacə edilsə belə, ruhdan düşməyən, mütaliə və müşahidə qabiliyyəti sayəsində özünü güclü lider kimi formalaşdıran bir şəxsiyyət. Uzun və gərgin mübarizədən sonra yeni bir dövlətin əsasını qoyan, bununla da böyük bir coğrafiyada xalqların taleyini, tarixin gedişatını dəyişən ziddiyyətlərlə dolu hökmdar. Söhbət Qacar dövlətinin qurucusu və ilk başçısı Ağa Məhəmməd şah Qacardan gedir. Tanınmış tarixçi Əkbər Nəcəfin (1975) qələmə aldığı bu kitabda siz Ağa Məhəmməd şahın həyat yolu barədə yeni və maraqlı faktlarla tanış olacaq, onun şəxsiyyəti barədə diqqətçəkən mülahizələr oxuyacaqsınız.
Ağa Məhəmməd Şah Qacar - I HİSSƏ

Alfred Nobel
Dünyada ən nüfuzlu mükafatı təsis etmiş Alfred Nobel bir bilim adamı kimi tarixin yaddaşında dinamitin ixtiraçısı kimi qalmışdır. O bu ixtirasını 1867-ci ildə patentləşdirmişdi. Düşünürdü ki, dinamit tunellərin və yolların çəkilməsi üçün əvəzsiz partlayıcı vasitə olacaq. Lakin tezliklə dinamit həm də müharibələrdə kütləvi qırğın silahına çevrildi... Öz dövrünün ən zəngin və məşhur iş adamlarından olan Alfredin xarakteri necə olub? Onun elm və biznesdəki misilsiz nailiyyətləri keçdiyi həyat yolunun labüd nəticəsi idi, yoxsa?..