Qarayanız "Messi"

Yenə dərsə girməyib, məktəbin arxasındakı balaca futbol meydançasında top qovurdu bizim məhəllənin qarayanız "Messi"si. Uşaqlar ona bu adı verəndə sevincindən göyə uçurdu, oyunda hamının onu "Messi" deyə səsləməsi qürurunu oxşayır, daha da şövqlə oynamağa davam edirdi. Beton meydançada topa sürüşür, rəqibləriylə balaca canına baxmayaraq, qorxmadan çiyin-çiyinə mübarizə aparır, yıxır-yıxılır və sonda sol ayağı ilə qol atırdı. Qoldan sonra xəyali azarkeşlərinə tərəf qaçıb, hesabı dəyişən zərbəsini də qeyd etməyi unutmurdu. Futbol oynadığı dəqiqələrdə dünyada ondan xoşbəxti tapılmazdı yəqin ki. Amma bu şirin dəqiqələrə məktəb zəngi son qoyurdu çox vaxt, 6-cı dərsin də bitdiyini göstərən zəngin səsi yüksələndə saatın neçə olduğunu bilsə də, "yenə bəlkə dərslərin sayını səhv salmışam" ümidilə telefonu olan dostlarından saatı soruşardı. Bu gün də hər gün etdiyi şeyləri etmişdi. Saatın 2-yə 10 dəqiqə qaldığını öyrənən kimi, yağışda islanmasın deyə ağacın altında soyunduğu ayaqqabılarını geyinməyə tələsdi.

Kitabların söhbəti

Artıq neçə vaxt idi ki, üçmərtəbəli evin ikinci mərtəbəsində yerləşən iş otağında təşvişli anlar yaşanırdı. Kitab dolabında yerləşən kitablar son dövrdəki vəziyyətlə əlaqədar iclas təşkil etməyi qərara almışdılar.İclasa kitabların ən savadlısı Ensiklopediya rəhbərlik edirdi. Əlbəttə ki, məclisə ağsaqqalıq etmək onun öhdəsinə düşməliydi. Axı zarafat deyildi buradakı kitablardan ən savadlısı və qocamanı idi.

Gözləmə

Gecə ev telefonu zəng çaldı, dəstəyi götürdüm. Köhnə dostum idi, nəsə ordan-burdan, narahat-narahat danışırdı. Məndən xeylaq böyük olsa da, bir-birimizi çoxdan tanıdığımızdan aramızdakı yaş fərqi yavaş-yavaş əriyib getmişdi. Soruşmaq istəyirdim ki, nə olub, özü məsələni açdı.

"Bit bazarı" və ya 37 il əvvəlin məhəbbət macərası

- Bu yaxınlarda "Bit bazarı"na getmişdim. - Tələbə yoldaşım N.-lə görüşən kimi, məhəbbət macəralarının növbəti səhifəsini açdı. - Cəmiyyətin böyük bir hissəsinin nəfəs aldığı bu bazar Sabunçu qəsəbəsində, dəmiryolu vağzalının yanında yerləşir. Burada iynədən tutmuş sapa qədər, ayaqqabıdan tutmuş başmağa qədər, kəlağayıdan tutmuş araba çarxınacan, 100-150 ilin qab-qaşığından bəzək əşyalarınacan nə istəsən taparsan. Hələ santexnik avadanlıqlarını demirəm.

Alaq

Anası Zәrifәni evdә qoyub işә getmişdi. Oyuncaqları ilә oynamaq Zәrifәni darıxdırdı. Hәyәtә çıxdı ki, qonşu uşaqlarından birini çağırıb onunla oynasın. Hәyәtdә һeç kәs yox idi. O, ayağını bir kötüyün üstünә qoyub o biri һәyәtә boylandı. Qonşuları Sona xala göyәrti lәklәrinin alağını tәmizlәyirdi. Oğlu Rasim dә ona kömәk edirdi. Lәkdәn nә isә bir-bir çәkib kәnara atırdı.