İşə təzə göndərilmişdim. Elə bil, məni gözləyirlərmiş kimi, başladılar idarəmizi yoxlamağa. Müdirimiz Qəmbərov da nədənsə, başladı məndən şübhələnməyə. Məni yanına çağırdı, üzümə tərs-tərs baxıb dedi: - Nə oldu bala, qələt elədik səni işə götürdük? Doğrusu, əvvəlcə özümü itirdim, cavab verməyə söz tapmadım.
İncinin inci söhbətləri
İnci hazırlıqdan evə gedəndə mütləq yeməkxanaya gedib “Zəhmət olmasabir stəkan verin” deyərək oradan stəkan alıb suyu icib nənəsi ilə evə gedir. Bunu müşahidə edən müəllim bir gün İnciyə belə bir sual verdi: – İnci, buranın suyu evin suyundan yaxşıdırmı? Suyu içə-içə başı ilə təsdiqlədi. Sonra: – Buranın suyuda, özü də mənim xoşuma gəlir. Müəllim: – evdə bacın, qardaşın varmı?
Hərə bir cür pul qazanır
- Sən öləsən, qoymurlar kasıbkarlığımı eləyim də!... A bala, nə istəyirsiniz məndən? Mənə sataşana görüm Allah qənim olsun!.. Nə eləyirəm, əcəb eləyirəm, bacarana can qurban! Gedin, kimə istəyirsiniz şikayət eləyin. Xox, qorxdum sizdən!.. - A kişi, nə çıxmısan özündən? Düz deyirlər də... - Nəyi düz deyirlər, ay... Demişdim, qoy qalsın! - Gör necə acgözsən ki, kəfənə də kəf gəlirsən. - Yalançının... Ağzımı açdırma ha!..
Gəlincik
Ad günündә Dürdanәyә xalası gözәl bir gәlincik bağışlamışdı. Dürdanә öz gәlinciyinin adını Nailә qoymuşdu. O, Nailәdәn ayrılmırdı. Nahar edәndә dә Nailәni süfrә başında otuzdurur, yatanda yanına uzandırırdı. Nailә yemәsә dә yata bilirdi. O, elә uzanan kimi gözlərini yumurdu.
"Bloknotlu" və "Bloknotsuz" mollalar
Keçmişdə kəndlərdə savadlı adamlar mollalıq eləyərdilər. İndi savadsızlar başlarına əmmamə qoyub, çiyinlərinə əba salıb, qiyafələrini dəyişib olurlar molla. Başlayırlar Xudavəndi-aləmin əmrini "yerinə yetirib" nəf toplamağa, külfət dolandırmağa. Özü də yaxşı bilirlər ki, indi məxluqatı aldadıb pul qazanmaq çox çətindir, odur ki, fikirləşib fırıldaq yollar tapırlar. Məsələn, Molla Məmmədhəsən kimi. Ona çox yerdə "bloknotlu molla" deyirlər. Kişi bu adı təsadüfi qazanmamışdır. Onu tez-tez şəhərin küçələrində boş-bekar gəzən görərsiniz.