Məryəm xalanın oğlu

Doxsan birinci ildə cəbhəyə könüllü getmişdik. Qrupdakı bütün oğlanlar. Onda axırıncı kursdaydıq. Qayıdan üç nəfərdən biri mən oldum. Doxsan altıncı ilin payızıydı mən qayıdanda. Məndən bir az aralıda döyüş yoldaşım minaya düşmüşdü. Onun bədəni parçalanmışdı, mənim sol ayağımla sol qolum zədələnmişdi. Hospitalda uzun müddət müalicə alandan sonra ordudan tərxis olunmuşdum.

Danışılmamış nağıl

Lеyli аtаsı ilә bütün günü bаğdа qаldı. Аtа işlәdi, qız isә mаrаqlı bir nаğılа qulаq аsdı. Günәş dоğmuş, tоrpаq isinir, оt cücәrir, tәbiәt bәzәnirdi. Birdәn nаrın yаğış yаğmаğа bаşlаdı. Bаlаcа аrхlаrdаn ахаn suyun şırıltısı еşidildi: —Sәrinәm, tәzәyәm, Torpаğа bәzәyәm!

25 dəqiqəlik yol

İyul ayının sonları idi. Hava çox isti olduğundan evdə oturub, kompüterdə "Troya" filminə baxırdım. Hektor-Axilles qaşıdurması təzəcə başlamışdı ki, telefonum zəng çaldı. Möhtəşəm səhnənin təəssüratı yarımçıq dayandırıldığı üçün üzümü turşudaraq "Pauza"nı basdım və telefonu götürdüm. Zəng vuran uşaqlıq dostum Zaur idi. Mən Sumqayıtda qalanda bizə tez-tez gələrdi. Həyət evinə köçdükdən sonra isə mən onlara tez-tez getməyə başladım. Əslində bunun belə olmasını Zaur istəmişdi. "Bütün günü ya evdə oturursan, ya da bağın içində gəzişirşən. Sən də küçəyə çıx, insanlara qarış, ətrafda baş verənlərdən xəbərdar ol" deyirdi mənə. Əslində haqlı idi. Bütün işlərimi kompüterin üzərində qurmuşdum. Hətta sahib olduğum kiçik biznesimi də evdən idarə edirdim. Zaurgilin evləri də yaşadığım qəsəbədə idi və 3 ay əvvəl aldığım motorlu əlil arabası ilə 25 dəqiqəyə onlarda olurdum. Getdiyim yolun çox hissəsi torpaq və kələ-kötür olmasaydı, bu yolu 10 dəqiqəyə də gedə bilərdim.

Xardal

Bir dәfә işdәn еvә qаyıdаndа qızımın һәyәtdә, bаlаcа kәtilin üstündә оturub gәlinciyini yırğаlаdığını gördüm. Kәmаlә һәmişәki tәk mәni görcәk quş kimi uçub qаbаğımа yüyürmәdi. Mәn оnа yахınlаşdıqdа yеrindәn qаlхmаdı, qаrşısındа çömәldim. Qızımın üzü çох qәmli idi, ürәyim әsdi.

Məhəbbət adası

Deyirlər ki, halva-halva deməklə ağız şirin olmaz. Düz deyirlər. Bir dəfə desən, olmaz. İki dəfə desən, olmaz. Əlli dəfə desən də olmaz. Amma sən bunu sabah tezdən günəş çıxınca deməyə başlasan və axşam günəş batıncaya qədər aramsız desən, ölü-ölü keçən günlərin bir günü, əslində, günlərin yox, gecələrin bir gecəsi qəflətən yuxudan ayılıb ağzının dərin bir guşəsində, boğazına yaxın bir yerdə vaxtilə əziz bir adamının yas mərasimində udquna-udquna yediyin o şirindən şirin zəfəranlı halvanın unudulmuş dadını hiss etməyə başlayacaqsan. Sən əvvəl-əvvəl bu dadı tanımayacaqsan. Sən onu unutmusan. Amma yox, belə deyil. Bu unudulmuş dad sənin ağız boşluğunun dərinliyindən qarşısıalınmaz lava kimi baş qaldıracaq, dişlərinin ətinin dibinə çökəcək, oradan onu sovurduqca gəlib dilinə qədər çatacaq, dilinin üstünə, arxasına, yanlarına – hər tərəfinə yayılacaq, dilindəki bütün uyumuş dad sinirlərini məst edərək yavaş-yavaş, nəhayət ki, özünü sənin yadına salacaqdır. Bəli, bu odur. Unudulmuş, amma qayıtmış halva dadı.