Nənəmi eyvanda görən kimi Orxan dedi: - Bala, ehtiyatlı olun, yavaş sürün! Nənəm də Orxan dediyi sözləri təkrar deyəndə, üçümüz də güldük. Orxana irad tutdum: - Deməmişəm, nənəmə sataşma, mən onu çox istəyirəm. - Ay Səbinə, neylədim ki mən? - Onu yamsılayırsan! - Nailə, sən şahidsən, nənə mənim dediyimi təkrar elədi, mən onun? Hamı güldü.
Durnaların lənəti
“Uşaqlar qurbağaları əylənmək üçün daşlayırlar, amma...” Qırmızımtıl-çəhrayı üfüq xətti boyunca durna qatarı düzülmüşdü. Axşamın enməkdə olan toranlığında bu mənzərə məni kədərləndirir, keçmiş, qayğısız uşaqlıq illərimi xatırladırdı. Axşamlar işıq sönəndə kerosin lampasının divara düşən kölgəsində anam əllərini birləşdirir, yellədir, əllərinin divardakı kölgəsi quş kimi çırpınırdı. Boz, soyuq, maraqsız payız axşamlarında anamın əllərinin kölgəsi bizi əyləndirir, güldürür, yavaş-yavaş mürgülədirdi.
Mükafat
Yeni dərs ilinin başlanmasına bir həftə qalmışdı. Aysu bu yay tətilində bir dəfə də olsun əlinə kitab almamışdı. İşi-gücü internetdə rəfiqələri ilə yazışmaq, yeni filmlərə, musiqi küplərinə tamaşa etmək idi. Anası tez-tez deyirdi: - Ay bala, əl çək kompüterdən, götür, bir kitab oxu. Aysu isə cavab verirdi: - Yaxşı da, anacan, bəs tətil nə üçündür? Mən pis iş görmürəm ki!.. Sən bilmirsən axı, müasir dövrdə internet ən zəngin bilik mənbəyidir.
Qonaqlıq
Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü. Hökumətin sütunu kimdir? - Əlbəttə, bəylər! - Ev sahibi dedi. - Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik. Tacir dedi: - Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz.
Alabaşın sədaqəti
Əsl adı Xasməmməd olmasına baxmayaraq kənd camaatı onu çoban Xası deyə çağırırdı. Həmişə olduğu kimi, bir gün yenə o, sürünü örüşə otarmağa apardı. Sürü Qarabulaq meşəsinin ətəklərinə çatmışdı. Gün yenicə günortanı adlamışdı. Çoban Xası palıd ağacına söykənib dincini alırdı. Polad, Qaytar, Bozdar və Alabaş onu dövrəyə almışdılar. Birdən bərk şaqqıltı qopdu. Sürü iki hissəyə bölündü. Bir hissəsi Muşul meşəsinə tərəf aşdı. İkinci hissəsi Qarabulaq meşəsinin ətəklərinə səpələndi. İtlər özünü çatdırana kimi sürüyə soxulmuş iki canavar dörd qoyunu parçalamış, ikisini isə yaralamışdı. İtlər canavarları xeyli uzaqlaşdırdılar.