Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib. İlk təhsilini Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.
Ölərəm dərdindən, onu bil
Dan yeri sökülürdü… Mavi səmanın qoynuna sanki qan çilənmişdi… Günəş çıxmağa hazırlaşdığı yeri köz kimi yandırırdı. Buludlar alovla qarsılmış kimi təlaşla aralanır, səma günəşi dünyaya gətirmək üçün son gücünü verirdi… Qadın göyüzünə sancılmağa hazır kimi görünən şişuclu qayanın zirvəsində idi… Kənardan baxana qaya o qədər sərt və hündür görünürdü ki, qadının onun sıldırımını necə qalxdığı sual doğururdu.
Zəfər
Günəş öz şəfəqlərini yenicə yer üzünə saçmağa başlamışdı...Arabir həzin-həzin əsən səhər mehinin ətrafa yaydığı səs insanı vəhdətə gətirir, yarpaqların xışıltısının yaratdığı əsrarəngiz hənirti sübh yuxusuna daha da şirinlik qatırdı...Pal-paltarını yığışdırıb pəncərəsindən bu füsunkar təbiət gözəlliyinə baxan Cəsurun fikri ön cəbhədə-müharibədə idi...O gecələr yatmayaraq düşünür,düşünür, götür-qoy edir,bir qərara gələ bilmirdi...“Müharibəyə gedib son qanı bahasına qədər vuruşmaq...Ya da burada qalıb xəstə valideynlərinə baxmaq”. Bu zaman anası Minayə xala qapını açıb onun yanına gəldi...
Ana...Qarabağ...Azərbaycandır!
Sübh tezdən olsa da, göy üzü qıpqırmızı idi. Axşamdan pal- paltarlı yerinə girən Zərnişan gecəni narahat yatsa da,tezdən durmağa vərdiş etdiyindən saat 6 olmamış yerindən qalxdı. Dünən gecədən toplar, minaatanlar susmuşdu. Sərhəd kəndlərində yaşayanlar üçün adi günlərdən biri başlayırdı. Bir neçə dəqiqədən sonra nə olacağı heç kimə bəlli deyildi.
Çobanyastığı
Dəqiq xatırlayıram: qatar tələsmədən kəndimizə yaxınlaşırdı. Arabir yol boyu şaxələnən ağacların kölgəsi üzümüzə düşürdü. Baxanda adama elə gəlirdi, sanki günəş üzümüzə düşən qara ləkələri silir. Bu dəfə pəncərədən sevinc hissi ilə baxırdıq, çünki müharibədən xilas olmuşduq!